BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşünü dəstəkləyir

Rusiya Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşünü dəstəkləyir.

 

Pravda.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 

“İnanırıq ki, Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşü öz məqsədinə çatıb”, - M. Zaxarova vurğulayıb.

 

Onun sözlərinə görə, görüşdə həssas humanitar mövzularda, o cümlədən saxlanılanların qaytarılması, Ermənistanın minalanmış ərazilərin xəritələrini təhvil verməsi kimi mövzularda konstruktiv dialoq əhval-ruhiyyəsi hökm sürüb.

 

Qeyd edək ki, ötən həftə Moskvada Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşü keçirilib.

Tarix: 30 Dekabr 2021, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin