BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yenidən zəlzələ oldu - YENİLƏNDİ

Fevralın 16-da Lənkaran stansiyasından 11 km qərbdə Lerik rayonunda maqnitudası 3,5 olan zəlzələ baş verib.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Pravda.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:51-də qeydə alınıb.

 

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.

 

***

18:21

 

Azərbaycanda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Pravda.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:32-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı rayonunda qeydə alınıb. 

Zəlzələ 3,9 maqnitudada qeydə alınıb və zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.

Tarix: 16 Fevral 2020, 22:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin