BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan telefonla danışıblar.

 

Pravda.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Yeni il münasibətilə təbrik mübadiləsindən sonra Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrinə yekun vurub və Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

 

Danışıqlar zamanı beynəlxalq mövzulara, o cümlədən Rusiyanın təhlükəsizliyinə təminat verən hüquqi sazişlərin işlənib hazırlanmasına dair məlum təkliflərə, Cənubi Qafqazdakı vəziyyətə, Suriya və Liviya nizamlanması məsələlərinə də toxunulub.

 

Tərəflər arasında şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb.

Tarix: 2 Yanvar 2022, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin