BURADA REKLAMINIZ OLA
BİLƏR

Ronaldo koronavirusa yoluxdu

Futbol üzrə ikiqat dünya çempionu, Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarının prezidenti Ronaldo koronavirusa yoluxub.

 

Pravda.az xəbər verir ki, bu barədə məlumatı "Kruzeyro" klubunun mətbuat xidməti yayıb.

 

O, xəstəliyi səbəbindən klubun ad gününə həsr olunmuş tədbirlərdə iştirak etməyəcək. "Kruzeyro" yanvarın 2-də 101 yaşını tamam olub.

 

Hazırda Ronaldo özünü təcrid edib, səhhəti yaxşıdır. Onda xəstəliyin yüngül əlamətləri müşahidə olunur.

Tarix: 2 Yanvar 2022, 23:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin