BURADA REKLAMINIZ OLA
BİLƏR

II Yelizavetanın oğlu əlahəzrət titulundan məhrum edilə bilər

Böyük Britaniya kraliçası II Yelizavetanın oğlu, York hersoqu Endryu əlahəzrət titulundan istifadə etmək hüququndan məhrum oluna bilər.

 

Pravda.az xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti yazır.

 

Məlumata görə, şahzadə Endryu Amerika məhkəməsində 17 yaşlı qıza təcavüz edilməsi ilə bağlı işi uduzarsa, Böyük Britaniya kraliçası belə bir qərar verə bilər.

 

Qəzet yazır ki, Britaniya kral ailəsi özünü şahzadə Endryunun qurbanı adlandıran Virciniya Cufrenin şahzadəyə qarşı məhkəmədə qalib gələcəyi təqdirdə öz hərəkət planlarını fəal şəkildə müzakirə edir.

 

Amerikalı Virciniya Cufrenin iddiası ilə bağlı növbəti məhkəmə iclası yanvarın 4-də Nyu-Yorkda keçirilməlidir. York hersoqu isə ona qarşı irəli sürülən ittihamı dəfələrlə təkzib edib.

Tarix: 3 Yanvar 2022, 01:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin