BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan qalib dövlətdir, ordu, xalq və hakimiyyət arasında ciddi vəhdət var" - RƏY

"Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qazanıb. Silahlı qüvvələrin igid hərbçiləri şücaətlə döyüşərək cəmi 44 gün ərzində misli görünməmiş Zəfər çaldılar və dünya hərb daxilinə yeni müharibə modeli təqdim etdilər. Azərbaycan Ermənistan Ordusunu darmadağın etdi və onları kapitulyasiya aktını imzalamağa məcbur qoydu. Əlbəttə ki, Ordumuz dünyanın ən qabaqcıl, ən güclü ordu sıralarındadır. Təəssüflər olsun ki, bəzi qaragüruh qüvvələr bunu həzm edə bilmir və Azərbaycan Ordusu əleyhinə xoşagəlməz fikirlər səsləndirməklə, müxtəlif iddialar irəli sürməklə qarayaxma kampaniyası aparırlar".



Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 


C.Osmanov bildirib ki, həmin qüvvələr Azərbaycan ordusunu gözdən salmağı vəzifə kimi qarşıya məqsəd qoyublar: "Bu, yolverilməzdir. Hansısa xırda nöqsanı çirkin vəziyyətə gətirmək, problemi qabartmaq, ordumuza qarşı qarayaxma kampaniyası aparmaq olmaz. Bu, təəssüf doğurur. Görünür, müəyyən anti-azərbaycan qüvvələr bəzi məqamlardan istifadə edərək Azərbaycan Ordusunu gözdən salmaq niyyətindədirlər. Onlar unutmamalıdırlar ki, Azərbaycan qalib dövlətdir, o cümlədən ordu, xalq və hakimiyyət arasında ciddi vəhdət var. Müxtəlif fikirlər səsləndirərək Azərbaycan ordusunu gözdən salmaq cəhdləri əsassızdır. Azərbaycan Ordusu qalib və müzəffərdir".


Nəzrin Cavid

Tarix: 3 Yanvar 2022, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin