BURADA REKLAMINIZ OLA
BİLƏR

Əflatun Amaşov: "İlham Əliyev prinsipiallığı, ardıcıllığı, qətiyyəti ilə Qarabağ savaşı aparır"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə özünün liderlik keyfiyyətlərini bir daha nümayiş etdirdi".

Pravda.az-ın xəbərinə görə, bunu V çağırış Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurası sədri Əflatun Amaşov deyib.


Ə.Amaşovun sözlərinə görə, bütün dünya onun timsalında liderlikdə mahir diplomatik bacarıq və səriştəni nə dərəcədə böyük əhəmiyyət daşıdığını gördü: "Cənab Prezident həmçinin tarixi faktların siyasət meydanına daşınmasının ustalıq nümunəsini ortaya qoydu. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövləti əsl əzmkarlıq göstərir. Mövcud istiqamətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər var. Amma cənab İlham Əliyev prinsipiallığı, ardıcıllığı, qətiyyəti ilə özü ayrılıqda Qarabağ savaşı aparır. Çıxışları, fikirləri ilə dünyaya Azərbaycanın dirənişinin, bir qarış torpağını belə güzəştə getməyəcəyinin əminliyini aşılayır. Bu cür mübarizlik ruhu bütöv bir ordunun müharibə meydanında görəcəyi iş qədər müstəsna əhəmiyyət daşıyır. Və bu ruhun qarşısında aciz duruma düşməyin Nikol Paşinyan obrazı da var. Beynəlxalq ictimaiyyət bir daha o obrazın arqumentsizliyini, haqsızlığını, ucuz populizmini gördü".

Tarix: 16 Fevral 2020, 21:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin