BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ümid edirik ki, Azərbaycanla Ermənistan arasındakı məsələlər sülhlə həll olunacaq” - İbrahim Rəisi

ranın Prezident Administrasiyası ölkənin Prezidenti İbrahim Rəisinin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı ilə bağlı açıqlama yayıb.

Pravda.az xəbər verir ki, tərəflərin Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını da müzakirə etdikləri bildirilib.

Rəisi Azərbaycan və Ermənistan arasındakı müzakirə prosesinin irəliləməsindən məmnun olduğunu deyib: “İki ölkə arasındakı məsələlərin beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll edilməsinə ümid edirik. Regionda sülh, sabitlik və təhlükəsizliyə şahid olmaq istəyirik”.

Ermənistan Baş naziri Nikol Paşinyan da Azərbaycanla apardığı müzakirələr barədə məlumat verib. 

Tarix: 3 Yanvar 2022, 22:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin