BURADA REKLAMINIZ OLA
BİLƏR

1600 manatlıq cəriməsi olan sürücü radara düşməmək üçün görün nə etdi

Ödənilməyən cərimələri olan sürücü yol polisləri tərəfindən saxlanılıb.

 

Binəqədi rayon Dövlət Yol Polisi İdarəsi tərəfindən Pravda.az-a verilən məlumata görə, avtomobil saxlanılan zaman qeydiyyat nişanlarına müdaxilə olunması aşkar edilib. Belə ki, 1961-ci il təvəllüdlü, Bakı şəhər sakini Xankişiyev Telman Mirzə Ağa oğlu 1600 manatlıq cəriməsinin olmasına görə, kameralardan yayınmaq üçün avtomobilin hər iki qeydiyyat nişanını saxtalaşdırıb. O, 90-BT-905 qeydiyyat nişanını standarta uyğun olmayan vəziyyətə gətirərək qara boya ilə 99-BT-805 edib.

 

Həmin sürücü etdiyi əmələ görə İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə cərimələnib.

 

 

Tarix: 5 Yanvar 2022, 16:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin