BURADA REKLAMINIZ OLA
BİLƏR

Türk Dövlətləri Təşkilatı: Qazaxıstanla həmrəy olduğumuzu bəyan edirik

Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat yayıb.

 

Təşkilatdan daxil olan bəyanatda bildirilib:

 

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlər olaraq baş verən son hadisələrin fonunda biz Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verdiyimizi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik.

 

Qardaş qazax xalqının sağlam düşüncəsinə və vəziyyətin normallaşmasını arzuladığına güvənirik.

 

Qazaxıstan rəsmilərinin sülh yolu ilə gərginliyi azaltmaq, asayiş və sabitliyi yenidən bərpa etmək gücünə malik olduğuna inanırıq.

 

Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik.

 

Hadisələrdə həyatını itirənlərə görə başsağlığı verir və yaralananlara şəfa diləyirik”.

Tarix: 6 Yanvar 2022, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin