BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Nazirin müavini: “YAP iqtidarının ömrü uzun olacaq"

"Yeni Azərbaycan Partiyası 26 ildən çoxdur ki, şərəflə, Azərbaycan xalqına ləyaqətlə xidmət edir".

 

Pravda.az-ın xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

 

O bildirib ki, YAP-ın yaranması və fəaliyyəti kifayət qədər uğurlu olub: "Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Partiya yarandıqdan təxminən 6 ay sonra onun lideri Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib. Beləliklə də, Yeni Azərbaycan Partiyası Azərbaycanın iqtidar partiyasına çevrildi. Azərbaycanın müasir dünyanın ən uğurlu və sürətlə inkişaf edən dövlətinə çevrilməsinə böyük töhfələr verib. Bu illər ərzində YAP-ın özü də kifayət qədər qüdrətlənib, sıraları genişlənib. İndi Yeni Azərbaycan Partiyası ümumxalq partiyası statusunu ləyaqətlə daşımaqdadır. Onun sıralarında 750 minə qədər Azərbaycan vətəndaşları var. İnanıram ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaqdır. Azərbaycan vətəndaşları YAP iqtidarının faydalarını bundan sonra da görəcəklər".

Tarix: 21 Noyabr 2019, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin