BURADA REKLAMINIZ OLA
BİLƏR

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 482 vaksin vurulub.

Pravda.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 594, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 457, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 25 431 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 407 447, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 175 536, ikinci mərhələ üzrə 4 684 670 nəfər təşkil edir.

Ümumilikdə isə 1 547 241 “buster” doza vurulub.


Tarix: 6 Yanvar 2022, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin