BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Ukraynaya səfir göndərilir

Milli Məclisin deputatı Rüfət Quliyev Ukraynaya səfir göndərilir.


Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Samir Feyruzov məlumat yayıb.


S.Feyruzovun sözlərinə görə, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın səhhətində ciddi problemlər var və o, 3 aya yaxındır ki, Türkiyədə müalicə alır: "Gərgin qlobal proseslər fonunda və Ukrayna-Azərbaycan münasibətlərinin xüsusi həssaslıqla davam etdirilməli olduğu bir ərəfədə Səfirliyin başsız qalması arzuolunan hal deyil. Rüfət Quliyev ali təhsilini Ukraynada alıb. O, hazırda Azərbaycan parlamentinin reputasiyası zədəli biznesmen deputatları sırasındadır. Ölkənin siqaret-tütün monopoliyası Quliyevin nəzarətindədir".

Tarix: 6 Yanvar 2022, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin