BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin Quliyevə vəzifə verildi

Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

Pravda.az xəbər verir ki, bu vəzifəyə Elçin Quliyev təyinat alıb.

Elçin Quliyev V çağırış Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edib, daha əvvəl isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.

Həmçinin, uzun illər bank və vergi sistemində rəhbər vəzifələrdə təmsil olunub.

Tarix: 6 Yanvar 2022, 20:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin