BURADA REKLAMINIZ OLA
BİLƏR

Blinken Qazaxıstanın xarici işlər naziri ilə danışdı

ABŞ Dövlət katibi Entoni Blinken Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə respublikadakı vəziyyətlə bağlı telefonla danışıb.

Pravda.az xəbər verir ki, Blinken ABŞ-ın Qazaxıstanda konstitusiya təsisatlarına və media azadlığına dəstək verdiyini bəyan edib, vəziyyəti sülh yolu ilə həll etməyə çağırıb.

Bundan əlavə, Dövlət Departamentinin rəhbəri Avropada sabitliyin təşviq edilməsinin vacibliyini, o cümlədən, Ukrayna ilə bağlı vəziyyəti də müzakirə edib.

Tarix: 6 Yanvar 2022, 20:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin