BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov: “Mənə qarşı çıxış edirlər ki, sən Azərbaycan hakimiyyətinin mövqeyini dəstəkləyirsən”

“12 il əvvəl Qırğızıstanda ikinci “inqilab” baş verdi.  O zaman radioda (Azadlıq radiosunu nəzərdə tutur-red) 1 saatlıq müsahibə və debatımda bunun inqilab yox, sadəcə milli dövlətin böhranı olduğunu izah edirdim. Aparıcı da (Xədicə İsmayılı nəzərdə tutur-red), onun partiyasının sədri də (Əli Kərimlini nəzərdə tutur-red) mənə etiraz etdilər ki, sənin yanaşman YAP hakimiyyətinin münasibəti kimidir. Aparıcının 4 nəfər dinləyicisi də efirə göndərdiyi rəylərdə bunu iddia etdi (amma sonra bu 6 ittihamçıdan çox həbsdə yatan da mən idim). Bu gün eyni çevrə Qazaxıstan hadisələrinə görə eyni iradla mənə qarşı çıxış edirlər ki, sən Azərbaycan hakimiyyətinin mövqeyini dəstəkləyirsən”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

 

“5 il keçəndə üçüncü “inqilab” da baş verdi. Həmin o “üçüncü” inqilab nəticəsində prezident vəzifəsinə yüksəlmiş adam isə indi həbsdə yatır. 12 il keçib, 4 "inqilab", Qırğızstan hələ də özünə gələ bilməyib” – İ.Məmmədov qeyd edib.

Tarix: 7 Yanvar 2022, 00:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin