BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qazaxıstanda siyasi lider qıtlığı göz önündədir"

“Siyasi lider məsələsi Qazaxıstandakı proseslərdə həlledici rol oynaya bilərdi. Lakin prosesin uzun illərdir ki, xaricdə hazırlanmasını, ölkə daxilindəki “5-ci kolon”dan istifadə edilməsini, üstəlik bölgədə Rusiyanın təsir qüvvəsinin yüksək səviyyədə olmasını əsas götürərək deyə bilərik ki, proseslərin baş verməsi labüd görünsədə, Qazaxıstanın təhlükəsizlik qüvvələri bununla bağlı əvvəlcədən müəyyən “ipucları” əldə etməli idilər. Təəssüf ki, bunu edə bilməyiblər və Rusiya daha peşəkar və səliqəli formada prosesləri həyata keçirib. Prezident Tokayev isə  Rusiyanın əsrliyində olan adam təsiri bağışlayır”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

 

Politoloq bildirib ki, ölkəyə əsl liderin başçılıq etməsi ictimai-siyasi məsələlərdə önəmli rola malikdir: “Qazaxıstanda baş verən proseslər ümumiyyətlə təkcə daxili amillərlə bağlı deyil. Rusiya kimi pozuculuq işlərində peşəkar dövlətin ciddi maliyyə sərf etdiyi prosesə heç böyük liderin də gücü çatmaz. Əslində, Nursultan Nazarbayevi böyük lider hesab edirəm, amma Prezident Tokayev barədə fikirlərim tamamilə müsbət deyil. Qazaxıstanda baş verən hadisələrdə kütlənin siyasi və milli şüuru, proseslərə vətənpərvərlik nöqteyi-nəzərdən yanaşılması, sözsüz ki, mühüm əhəmiyyətə malik ola bilərdi. İstənilən halda isə, siyasi lider qıtlığı göz önündədir, siyasi müxalifət normal inkişaf etməyib. Hazırda Qazaxıstanda siyasi proseslərə daha çox oliqarxlar və sahibkarlar təbəqəsinə mənsub olan müxtəlif klan nümayəndələri ya güc verir, ya da başçılıq edir”.

 

Nəzrin Cavid

Tarix: 7 Yanvar 2022, 17:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin