BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar qazaxıstanlı həmkarına məktub göndərdi

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlətə məktub göndərib.

Pravda.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Uluqbəy Esdövlət,

Dost və qardaş Qazaxıstandan gələn xəbərlər hamımızı sarsıdır və ağrılıdır. 2022-ci ilin ilk günlərindən Qazaxıstanda sabitliyin pozulması, iğtişaşlar, vətəndaş qarşıdurması, qan tökülməsi təəssüf doğurur. Bu hadisələrdə insanların həlak olması böyük itkidir və bizi hədsiz kədərləndirir. Tezliklə sabitliyin bərqərar olunmasını, bu ağrı-acıların arxada qalmasını arzulayır, Qazax xalqına xoşbəxt gələcək diləyirik".

Tarix: 7 Yanvar 2022, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin