BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılı: "Rusiya beynəlxalq hüquq normalarına zidd olaraq müstəqil ölkənin ərazisinə silahlı qüvvələr yeridib"

"Qazaxıstanda yüzlərlə aksiya iştirakçısı qətlə yetirilib. Rəsmi məlumata görə 3700 nəfər həbs edilib. Həbslər, qətllər, insan hüquq və azadlıqlarına qarşı yönələn digər repressiya tədbirləri davam edir. Rusiya nəinki beynəlxalq hüquq normalarına, hətta KTMT-nin əsasnaməsinə zidd olaraq müstəqil bir ölkənin ərazisinə silahlı qüvvələr yeridib".


Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.


A.Hacılı qeyd edib ki, Putin cinayət ortaqları Paşinyan, Lukaşenko və Raxmonovun dəstəyi ilə Qazaxıstan xalqının azadlıq mübarizəsini qan içində boğmaq, Qazaxıstanın dövlət suverenliyinə son qoymaq məqsədilə bu ölkəyə yeni-yeni hərbi birləşmələr göndərir: "Bütün bu geçəklər tam çılpaqlığı ilə ortalıqda ola-ola bu il Avropa İttifaqına dönəm sədrliyini həyata keçirən Fransanın prezidenti Emmanuel Makron da daxil olmaqla hadisələri narahatlıqla izlədiklərini bildirməklə kifayətlənənlərin riyakarlığı ikrah doğurur".

Tarix: 7 Yanvar 2022, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin