BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda xəstəxana yanğın söndürüldü - YENİLƏNDİ

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Pravda.az-ın xəbərinə görə, bu barədə FHN məlumat yayıb.
 

 

***

 

19:52

 

Sumqayıtda xəstəxana yanır.


Pravda.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Tarix: 7 Yanvar 2022, 20:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin