BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qazaxıstan KTMT-nin köməyi olmadan da vəziyyətin öhdəsindən gələ bilər” - Blinken

“Birləşmiş Ştatlar Qazaxıstanda baş verən hadisələrdən narahatdır, lakin hesab edir ki, respublika KTMT-nin köməyi olmadan da vəziyyətin öhdəsindən gələ bilər”.

 

Bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

 

“Biz Qazaxıstandakı fövqəladə vəziyyətdən çox narahatıq. Hakimiyyətə xəbərdarlıq etmişdik ki, proporsional, münasib şəkildə, etirazçıların hüquqlarına uyğun reaksiya versinlər”, - deyə Blinken jurnalistlərə bildirib.

 

O, ABŞ-ın istənilən zorakılığı pislədiyini və Qazaxıstanla münasibətləri yüksək qiymətləndirdiyini vurğulayaraq, tərəfləri vəziyyətin sülh yolu ilə həllini tapmağa çağırıb.

 

Blinken bildirib ki, Qazaxıstanın KTMT-yə müraciət etməsi ABŞ-da suallar doğurur. “Vaşinqtonun hesablamalarına görə, respublikanın vəziyyəti təkbaşına həll etmək üçün kifayət qədər resursları var. Onların niyə kənar yardıma ehtiyac duyduqları aydın deyil”, - deyə dövlət katibi bildirib.

 

O, iğtişaşları iqtisadi səbəblərlə əlaqələndirib.

 

Qafqazinfo

Tarix: 8 Yanvar 2022, 00:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin