BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsindən kadr dəyişikliyi ilə əlaqədar açıqlama

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin müvafiq əmri ilə bir sıra gömrük əməkdaşlarının xidməti yerləri dəyişdirilib.

 

Bu barədə DGK məlumat yayıb.

 

Komitədən bildirilib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə DGK-da kütləvi kadr dəyişikliyinin həyata keçirilməsi ilə bağlı məlumatlar, eyni zamanda müxtəlif “mülahizələr” yer alıb. Xidmət yerlərinin dəyişdirilməsi “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun olaraq aparılan kadr islahatları çərçivəsində həyata keçirilib. Bu DGK daxilində gömrük işinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə davamlı və mütəmadi olaraq həyata keçirilən adi prosedur qaydadır.

Tarix: 8 Yanvar 2022, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin