BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda Zəfər Muzeyinin tikintisi ilə əlaqədar çoxmərtəbəli bina söküləcək

Bakının Xətai rayonunda Zəfər Muzeyinin tikintisi ilə əlaqədar 11 mərtəbəli bina söküləcək.

Xətai Rayon İcra Hakimiyyətindən Pravda.az-a bildirilib ki, bina Cavanşir körpüsünün yaxınlığında, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşir.

Qeyd edilib ki, bina dövlət sifarişi əsasında söküləcək. Bina sakinləri ilə danışıqlar aparılıb və xəbərdarlıq edilib. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. Hazırda binadan sakinlərin köçürülməsi prosesi həyata keçirilir. Köçürülmə bitdikdən sonra bina söküləcək.

Tarix: 8 Yanvar 2022, 12:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin