BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaksin olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, bir gündə 32 306 vaksin vurulub.

 

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 249 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 471 597, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 181 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 692 515, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 597 299 təşkil edir.

Tarix: 8 Yanvar 2022, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin