BURADA REKLAMINIZ OLA
BİLƏR

"Həmişəki kimi Qazaxıstanın yanındayıq" - Hulusi Akar

"İnanırıq ki, Qazaxıstan, oradakı qardaşlarımız öz imkanları və qabiliyyətləri ilə bütün çətinliklərin öhdəsindən gələcək".

 

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar media təmsilçiləri ilə görüşündə Qazaxıstandakı vəziyyətlə bağlı sualı cavablandırarkən bildirib.

 

"Dostumuz Qazaxıstanla tarixi mədəni əlaqələrimiz, hərbi və təhsil sahəsində əməkdaşlığımız da daxil olmaqla müsbət münasibətlərimiz var. Əməkdaşlığımız davam edir. Biz son hadisələri yaxından izləyirik. Qazaxıstan bizim mühüm müttəfiqimizdir. Qazaxıstanda sülh və əmin-amanlığın bərpası vacibdir. İnanırıq ki, Qazaxıstan, oradakı qardaşlarımız öz imkanları və qabiliyyətləri ilə bütün çətinliklərin öhdəsindən gələcək. Biz həmişə olduğu kimi bu gün də Qazaxıstanın yanındayıq”.

Tarix: 8 Yanvar 2022, 20:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin