BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qazaxıstan hadisələri Türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha göstərir”

"Qazaxıstandakı son hadisələrlə bağlı gərginliyin daha da artacağını, prosesin digər bölgələrdə də davam edəcəyini istisna etmirəm. Həmçinin Qazaxıstan hadisələri Türk dövlətləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bir daha vurğulayır. Son illər ciddi addımlar atılıb, lakin müvafiq respublikalar arasında inteqrasiya daha da gücləndirilməlidir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, dünyada, eləcə də regionda gedən ciddi proseslərə əsasən, dünyanın nizamının pozulduğu və regional gücə malik dövlətlərin yeni nizam qurmağa çalışdığını demək mümkündür: "Hazırda Rusiya-NATO, Rusiya-ABŞ və Amerika-Çin arasında münasibətlərdə gərginlik müşahidə olunur. Çin son vaxtlar təhlükəsizliyini güclü təminat altına almaq üçün ciddi addımlar atır. Hər kəsin fikri Ukraynaya yönəldiyi vaxtda, qəfildən Qazaxıstanda müəyyən hadisələr baş verdi. Bununla bağlı müzakirələr getsə də, heç kim proseslərin belə sürətlə irəliləyəcəyini proqnozlaşdırmırdı. Bütün böyük dövlətlər öz ətraflarında təhlükəsizlik sipərləri yaratmağa, özlərini sığortlamağa çalışırlar".

 

Nəzrin Cavid

Tarix: 10 Yanvar 2022, 10:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin