BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəhman Rəhman oğlu ilə barışdı - VİDEO

Əməkdar artist Rəhman Rəhman müğənni oğlu Emil Rəhmanoğlu ilə barışıb.

Pravda.az xəbər verir ki, ata-bala “Evdəkilərə salam” verilişində görüntülənib. Belə ki, Emilin evində baş tutan çəkilişə atası R.Rəhman da qatılıb.

Aktyor oğlunun həyat yoldaşı Sabrinadan da danışıb: “Onu çox istəyirəm. Çünki Emili yaxşı mənada dəyişən, xeyrə gətirən Sabrina oldu. Hərdən Emilə elə istiqamət verir ki, düşünürəm mən bunu etmirəm”.

Qeyd edək ki, R.Rəhman oğlunun pis vərdişlərinə görə onunla danışmırdı. E.Rəhmanoğlu 2008-2014, 2016-2017-ci illərdə həbs həyatı yaşayıb.

 

 

 
 



Tarix: 10 Yanvar 2022, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin