BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Əlizadə: "Onlar Rusiyanı təkləmək istəyirlər"

“ABŞ-ın dövlət katibinin “Rusiya SSRİ qurmaq istəyir” fikrinə məşhur İsrail kəşfiyyatçısı və politoloqu Yaakov Kedmi yaxşı fikir səsləndirib. Qeyd edib ki, - “yəhudi olduğun halda, bu qədər axmaq olmaq çox qəribədir”. Yəni, Rusiyanın SSRİ qurmaq istəyi ilə bağlı fikir çox səfeh fikirdir. Sual olunur ki, SSRİ-yə kim gedəcək? Azərbaycan? Əlbəttə, xeyr!"


Bunu Pravda.az-a açıqlamasında Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.


O bildirib ki, bu fikir, sadəcə olaraq, Avropanı qorxutmaq məqsədi daşıyır: “Onlar, həmçinin Rusiyanı təkləmək istəyirlər. Putin SSRİ-nin bərpası barədə deyib ki, SSRİ-nin dağılmasına ürəyi yanmayanın ürəyi, SSRİ-ni bərpa etmək istəyənin isə ağlı yoxdur. Hər halda, Putin SSRİ-ni bərpa etmək istəsəydi, özü barədə “ağlı yoxdur” ifadəsini işlətməzdi”.
 

Nəzrin Cavid

Tarix: 10 Yanvar 2022, 18:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin