BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda "omicron"a yoluxanlara görə karantin rejimi sərtləşdiriləcək? - Deputatdan AÇIQLAMA

“Dünyanı ağuşuna alan yeni növ koronavirus (COVID-19) mütəmadi olaraq mutasiyaya uğrayır və yeni ştamlar yaranır. "Omicron" ştammı isə daha sürətli yayılmasına görə digərlərindən seçilir, lakin buna baxmayaraq, ölümcül deyil. Mütəxəssislər qeyd edirlər ki, "omikron" ştamına yoluxanlar xəstəliyi daha yüngül keçirirlər, amma daha sürətli yoluxduğuna görə təhlükəli hesab edilir. Ona görə də COVID-19-un "omicron" ştammının daha çox qeydə alındığı şəhər və rayonlarda, müvafiq ərazilər üzrə qapanmalar tətbiq edilə bilər. Məncə, ümumi respublika üzrə qapanmalara ehtiyac qalmayacaq”.


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.



 

Deputat bildirib ki, əksər dövlətlər “omicron” ştamı ilə əlaqədar olaraq ciddi tədbirlər görüblər: “Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu dəfə keçirilən iclasında da qeyd edilib ki, "omicron" ştammı Azərbaycanda kəskin yayılacağı təqdirdə müvafiq tədbirlər görüləcək. Hazırda, koronavirusa yoluxma sayı ölkədə kəskin deyil. İstənilən halda, biz ehtiyatlı olmalı və maksimum dərəcədə diqqətli davranmalıyıq, yoluxmanın az olmasına nail olmaq üçün "buster" doza ilə peyvəndlənməliyik. Bildirilir ki, üçüncü doza vaksinasiya olunanlarda xəstəlik daha yüngül keçir. Bütün bunları nəzərə alaraq, yanvar ayı ərzində vətəndaşların "buster" doza ilə peyvəndlənməsi məsləhətdir. Bununla yanaşı isə, əgər yoluxma sayı artarsa, qapanmalara gedilə bilər. Düşünürük ki, Azərbaycanda belə vəziyyət yaranmayacaq, çünki əhalinin əksəriyyəti ikinci doza vaksin vurdurub. Nəticədə, kəskin qapanmalara ehtiyac qalmayacaq. Zəruri olduğu halda isə, qaoanmalar qaçılmazdır”.

Nəzrin Cavid
  

Tarix: 10 Yanvar 2022, 18:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin