BURADA REKLAMINIZ OLA
BİLƏR

Mənzildə yanğın olub, 59 yaşlı yataq xəstəsi ölüb

Bərdədə mənzildə yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bərdə şəhərində ümumi sahəsi 342 m² (hər mərtəbəsi 171 m²) olan ikimərtəbəli 4 otaq və 2 aynabənddən ibarət evin yanar konstruksiyaları 164 m² sahədə, bitişik ümumi sahəsi 18 m² olan taxta konstruksiyadan ibarət talvar yanıb.

 

Yanğın yerinin kəşfiyyatı zamanı 1963-cü il təvəllüdlü Nərimanov İlqar Yunis oğlunun (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix: 11 Yanvar 2022, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin