BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Naxçıvan aviareysləri bərpa olundu - YENİLƏNDİ

AZAL-dan Pravda.az-a verilən məlumata görə, artıq Bakıdan Naxçıvana uçuşlar bərpa olunub.

 

***

 

09:54

 

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraitinə (güclü duman) görə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

 

AZAL-dan verilən məlumata görə, təyyarə saat 08:50-də hava limanına enib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Tarix: 11 Yanvar 2022, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin