BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Təhlükəli vəziyyət yaranarsa, yenidən müəyyən məhdudiyyətlər tətbiq edilə bilər"

“Təəssüf ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının uzun müddətdir ki yeni ştamları qeydə alınır. Bu bəla cəmiyyətdən əl çəkmir, insanların sağlamlığı üçün böyük təhlükə olaraq qalır. Hər kəs xəstəlikdən qorunmaq üçün müəyyən qaydalara əməl etməlidir. Əgər təhlükəli vəziyyət yaranarsa, yenidən müəyyən məhdudiyyətlər tətbiq edilə bilər. Nazirlər Kabineti yanında Operativ Qərargah sutkalıq yoluxmaları qeydə alır, koronovirusun inkişaf dinamikasını izləyir. Ehtiyac yarandığı halda, müəyyən sahələrdə məhdudiyyətlər tətbiq edilə bilər”.


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.


Deputat bildirib ki, ölkə başçısı İlham Əliyevin COVID-19 pandemiyası ilə mübarizədə apardığı düzgün siyasət nəticəsində ölkədə koronavirusa sutkalıq yoluxma sayında azalma müşahidə edilir, lakin yeni ştamların qarşısını almaq çətindir: “Ona görə də yeni yaranan variantların ölkəyə gəlişi ilə yoluxmalar yenidən çoxala bilir. Belə olan halda, vətəndaşların sağlamlıq vəziyyəti təhlükə ilə üz-üzə qalır. Bizim üçün vacib olan vətəndaşların sağlamlığıdır. Əgər əhalinin sağlamlıq vəziyyəti üçün ciddi təhlükə yaranarsa, ya tamamilə, ya da qismən, yəni hansısa sahədə məhdudiyyətin tətbiq olunması məsələsinə yenidən baxıla bilər”.

Nəzrin Cavid

Tarix: 11 Yanvar 2022, 11:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin