BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat nazirə müraciət etdi

"Gənclər və idman naziri Fərid Qayıbov bir neçə gün öncə 4 aylıq nazirlik dövrünün hesabatını təqdim etdi. Bu müddət ərzində kiçik zamana müəyyən uğurlar sıxışdırılıb. Gördüyüm qədərilə nazirin şimal-qərb bölgəsinə olan səfərləri həqiqətən gözləntiləri doğrultmağına işarədir. Lakin mən nazirin qərb regionuna səfərini gözləyirəm. Xüsusi olaraq qeyd edim ki, bildiyiniz kimi Gəncə şəhərində böyük İdman Sarayı və 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi tikilir. Düşünürəm ki, nazirimizin tikinti işləri ilə tanış olmağında fayda var. Həmçinin, şəhərimizdə olan Olimpiya İdman Kompleksinin vəziyyəti heç də ürəkaçan durumda deyil. Bu məsələni qaldırmaqda məqsədim odur ki, qərb regionunda olan idman qurğularına və gənclər evinə ziyarətin olunması, müəyyən çatışmayan cəhətlərin aradan qaldırılmasıba kömək etmiş olar".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.


"Eyni zamanda bütün Gəncə futbolsevərlərinin ən yaralı yeri olan mərkəzi şəhər stadionunun durumunu cənab nazirin görməsini və nazirliyin balansında olan arena ilə bağlı lazımi göstərişlərini verməsini arzu edərdim. Çünki ölkənin ən köklü klublarından olan “Kəpəz” ev oyunlarını məhz bu stadionda keçirir və premyerliqada olarkən əksər regionlarda, hətta Bakıda qarşılaşmalara gəlməyən qədər fanat bu idman qurğusuna toplaşaraq komandalarına dəstək olurlar. Düşünürəm ki, ölkəmizdə idmanın inkişafı, onun bütün ölkə boyunca kütləviliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Hazırda Bakıda və bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksləri tikilib, istifadəyə verilib. Bu, idmanın inkişafı prosesində əsas bünövrələrdən biridir. Eyni zamanda, idmançıların stimullaşdırılması məsələsi daim diqqət mərkəzindədir. Bilirsiniz ki, dövlət tərəfindən nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanın bayrağını ucaldan idmançıların təltif olunması, onların məişət vəziyyətinin yaxşılaşdırılması və ictimai həyatda layiqli yer tutması üçün mühüm addımlar atılır. Lakin rayonlardan olan peşəkar idmançılarımızın sayı barmaqla göstəriləcək qədər azdır. Bunun üçün xüsusilə, qərb regionuna olan diqqət artırılmalıdır, idman kompleksləri görüntü üçün deyil, gənclərin istifadəsi üçün tikilib və onların ixtiyarına verilməlidir. Bütün bunları nəzərə alaraq cənab nazirdən gözləntim böyükdür. Zənnimcə, cənab nazir Fərid Qayıbov qaldırdığım məsələləri nəzərə alacaq" - deyə, M.Cəfərov qeyd edib.

Tarix: 11 Yanvar 2022, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin