BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Omicron”un ölkədə qeydə alınması ilə əlaqədar ciddi qapanmalara ehtiyac yoxdur

“Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasının “Omicron” ştammı geniş yayılıb. Bəzi ölkələrdə hətta dominant ştamm məhz “Omicron”dur. Bir neçə ölkəni çıxmaq şərtilə, “Omicron”la əlaqədar əksər ölkələrdə sərt karantin tədbirləri tətbiq edilməyib. Bəzi mütəxəssislər iddia edirlər ki, “Omicron” təbii vaksindir. Yəni, xəstəlik çox yüngül formada keçsə də, orqanizmdə virus əleyhinə antitellər yaradır”.

 

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

 

O bildirib ki, “Omicron”un ölkədə qeydə alınması ilə əlaqədar ciddi qapanmalara ehtiyac olduğunu hesab etmirəm: “Azərbaycanda, şükürlər olsun ki, yoluxma sayı çox deyil, vaksinləşmə səviyyəsi isə yüksəkdir. Əksinə, qapanmalara getmək iqtisadiyyatda baş verən problemləri dərinləşdirə bilər. Nəticədə, işsizlik və sosial problemlər arta bilər. Bu səbəbdən, ehtiyatı əldən vermədən məsuliyyətli davranmaq lazımdır. Dövlətin məsuliyyəti ilə vətəndaş məsuliyyəti paralel olmalıdır”.

 

Nəzrin Cavid

Tarix: 11 Yanvar 2022, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin