BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sərnişin avtobusu ilə minik maşını toqquşdu

Bakının Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus qəzaya uğrayıb.

BNA-dan Pravda.az-a verilən xəbərə görə, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib.

99 JZ 710 dövlət qeydiyyat nömrəli avtobus svetofordan keçən zaman qırmızı işıqdan keçən “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb.

Minik avtomobilin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.

Tarix: 11 Yanvar 2022, 21:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin