BURADA REKLAMINIZ OLA
BİLƏR

Erkin Qədirlidən AÇIQLAMA

Münxendəki konfransda Azərbaycanın Prezidentinə və Ermənistanın Baş Nazirinə ünvanlanmış suallardan biri Qarabağ münaqişəsinin xüsusi razılaşma vasitəsilə Beynəlxalq Ədalət Məhkəməsinə verilmə ehtimalı ilə bağlı olub. Ermənistanın Baş Naziri suala cavab verməkdən yayınıb, Azərbaycanın Prezidenti isə deyib ki, bu, "ən yaxşı seçim olmayacaq". Ardınca da "nəzərdən keçirilə bilər" deyib.

 

Bununla bağlı önəmli məqamları xatırlatmağa dəyər:

 

1. Biz ərazimizi mübahisələndirməyə imkan verməməliyik. Məhkəmə olacaqsa, orada Qarabağın ərazi mənsubiyyətinə deyil, Ermənistanın beynəlxalq hüquqa zidd davranışına baxılmalıdır.

 

2. Ermənistan və Azərbaycan Beynəlxalq Məhkəmənin yurisdiksiyasını tanımırlar, xüsusi razılaşma vasitəsilə də oraya müraciət edəcəkləri inandırıcı görünmür.

 

3. Bununla belə, Qarabağ münaqişəsinin kontekstində Beynəlxalq Məhkəmədə işə baxıla bilər. Amma iki dövlət arasında mübahisə kimi yox. BMT-nin Təhlükəsizlik Şurası işğal olunmuş torpaqlarımızla bağlı qəbul etdiyi 4 qətnamənin hələ də icrasız qalmasının başqa dövlətlər üçün hüququ nəticələrinə dair Beynəlxalq Məhkəmədən məşvərət rəyi istəyə bilər. Yeri gəlmişkən, bunu BMT-nin Baş Məclisi də edə bilər. Bunun üçün də gərək biz, dövlət olaraq, BMT-də təşəbbüs göstərək.

 

ReAl Partiyasının funksioneri, 16 saylı Yasamal ikinci seçki dairəsindən lider namizəd Erkin Qədirli

Tarix: 17 Fevral 2020, 18:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin