BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak etdi - FOTO

2020-ci ilin fəaliyyət planına uyğun olaraq hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən növbəti hərbi obyektin açılışında iştirak edib.

 

Müdafiə Nazirliyindən Pravda.az-a verilən görə, məruzə olunub ki, hərbi hissənin avtomobil parkında iriqabaritli hərbi maşınlar üçün saxlanclar, yanacaqdoldurma məntəqəsi və açıq test meydançası yaradılıb.

 

Müdafiə naziri parkın ərazisində avtomobillərin saxlanc boksları, yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir məntəqələrində şəraitlə tanış olduqdan sonra, müvafiq tapşırıqlarını verib.

 

Fotoları təqdim edirik
Tarix: 17 Fevral 2020, 19:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin