BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident çörəyin bahalaşmasına münasibət bildirdi

“Prinsip etibarilə bizim siyasətimizin təməlində insan faktoru mərkəzdə olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstəririk”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

 

Dövlət başçısının sözlərinə görə, həm maaşların, pensiyaların qaldırılması, təqaüdlərin qaldırılması, sosial obyektlərin yaradılması, keçmiş məcburi köçkünlərə, şəhid ailələrinə diqqətin göstərilməsi - bütün bu sosial paket imkan verirdi ki, iqtisadi islahatları uğurla həyata keçirək: “Keçən il qəbul edilmiş qərarın məqsədində bu faktor dayanır. Çünki çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfidir. Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər artmışdı, həm də ixrac rüsumları artmışdı və artmaqda davam edir. Təbii ki, süni şəkildə çörəyin qiymətini biz əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq, eyni zamanda, burada dövlət orqanlarının tənzimləyici rolunu gücləndirərək ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın. Eyni zamanda, çox geniş sosial paket də həyata keçirildi. Bildiyiniz kimi, minimum əməkhaqqı 20%, minimum pensiya 20%, təqaüdlər, sosial müavinətlər. Bütövlükdə bu bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər”.

Tarix: 12 Yanvar 2022, 19:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin