BURADA REKLAMINIZ OLA
BİLƏR

İlkin Həsəni yazdığı statusa görə işdən çıxarılıb - İDDİA

Bu gün sosial şəbəkələrdə tanınmış teleaparıcı İlkin Həsəninin ATV-dən çıxarılması haqda məlumat paylaşılıb.

 

Pravda.az-ın xəbərinə görə, yayılan məlumatda onun sosial şəbəkədə 9 fevral seçkiləri ilə bağlı yazdığı statusa görə telekanal tərəfindən cəzalandırıldığı iddia edilib.

 

AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün ATV telekanalının icraçı direktoru İsmayıl Həsənov ilə əlaqə saxlayıb.

 

O bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bunlar tamamilə yalan məlumatdır. İlkin Həsəni öz işindədir. Onun layihə rəhbəri olduğu "Buğlama" şousu da yayımını davam etdirir. Onu da qeyd edim ki, "Buğlama" production layihəsidir".

 

İlkin Həsəni özü də bu məlumatı təkzib edib: "Sosial şəbəkələrdə haqqımda yayılam məlumat həqiqəti əks etdirmir. Əziz jurnalistlər nəzərinizə çatdırım ki, mən 5 ilə yaxındır ki, ATV telekanalının əməkdaşı deyiləm. Öz ərizəmlə rəsmi olaraq işdən ayrılmışam, hal hazırda isə film, serial, reklam istehsal edən şirkət İLK Media-da direktor vəzifəsində çalışıram, müdirim də İlkin Həsənidir, yaxşı insandır, maaşı gecikdirmir".

 

Xatırladaq ki, İlkin Həsəni seçkilərdən sonra saxtakarlıq edən şəxslər haqda sosial şəbəkədə sərt fikirlər səsləndirmişdi.

Tarix: 17 Fevral 2020, 19:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin