BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan sərhədində gərginliyi azaltmağa çağırdı

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan sərhədindəki gərginlikdən narahatlığını ifadə edib.

Pravda.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun rəsmi "Twitter" hesabında bildirilib.

"Biz Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insidentlər barədə məlumatlardan narahatıq. Həlak olanların ailələrinə başsağlığı verir və qoşunların geri çəkilməsi, sərhədlərin demarkasiyası və saxlanılanların qaytarılması da daxil olmaqla tərəfləri gərginliyi azaltmağa çağırırıq", - deyə paylaşımda bildirilib.

Tarix: 13 Yanvar 2022, 01:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin