BURADA REKLAMINIZ OLA
BİLƏR

"Prezident İlham Əliyev müsahibəsində cəmiyyətə mesaj verdi ki, vaksinləşmədə hər birimiz aktiv olmalıyıq" - RƏY

“Bir müddətdir ki, Azərbaycan cəmiyyətində yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə “buster” doza peyvəndləmə ilə bağlı müzakirələr gedir. Prezident İlham Əliyev ötən gün verdiyi müsahibədə cəmiyyətə mesaj verdi ki, prosesdə hər birimiz aktiv olmalıyıq. Hazırki məqamda “buster” doza ilə vaksinasiya çox önəmli məsələdir. Cənab Prezident xüsusilə vurğuladı ki, özü də “buster” doza peyvəndlənib. Prezidentin davranışları Azərbaycan xalqı üçün nümunədir”.


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.



Deputat bildirib ki, Azərbaycan COVID-19-la mübarizədə tədbirləri reallaşdırmasaydı, ölkədə vəziyyət ağır ola bilərdi: “Nəzərə almaq lazımdır ki, ölkə əhalisinin 18 yaşdan yuxarı hissəsinnin iki doza peyvəndləməsi başa çatıb. İndi hər birimizin üzərinə düşən vəzifə “buster dozanı vurdurmaqdır. Mən də koronavirus əleyhinə qüvvətləndirici doza vurdurmuşam və fürsətdən istifadə edərək, hər kəsi prosesdə aktiv iştiraka səsləyirəm. Ölkə vətəndaşları daha əvvəl də məsuliyyətini nümayiş etdirərək iki doza vaksini qəbul etdilər, indi də üçüncü doza ilə vaksinasiyada eyni məsuliyyəti nümayiş etdirməliyik. Bu, bizim sağlamlığımızla birbaşa əlaqəlidir. Proses, şükürlər olsun ki, sürətlə gedir və əminəm ki, tezliklə hədəfə çatacağıq”.

Nəzrin Cavid

Tarix: 13 Yanvar 2022, 11:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin