BURADA REKLAMINIZ OLA
BİLƏR

"Xəbərdarlığın mahiyyəti odur ki, məmurlar vətəndaşların narazı qalmaması üçün məsuliyyətlərini dərk etməlidirlər” - RƏY

“Prezident İlham Əliyev həmişə olduğu kimi yenə də jurnalistlərə müsahibəsində dövlət qulluğunda çalışan, vəzifə daşıyan məmurlara xəbərdarlıq edib. Prezidentin xəbərdarlığı idarəetmənin təkmilləşməsi, həmçinin kadrların məsuliyyətinin artırılması və əhaliyə göstərilən xidmətin yaxşılaşdırılması üçün çox vacibdir. Xəbərdarlığın mahiyyəti odur ki, vəzifəlilər vətəndaşların narazı qalmaması üçün öz məsuliyyətlərini dərk etməlidirlər”.


Bunu Pravda.az-a açıqlamasında Milli məclisin deputatı Tahir Rzayev deyib.

 

 

Deputatın sözlərinə görə, yəqin ki, ölkədə baş verən müəyyən hadisələr nəticəsində Prezident belə qənaətə gəlib ki, o, məmurlara özünün yeni tövsiyə və məsləhətlərini verməlidir: “Bu məqsədlə də məmurların məsuliyyətinin artırılması üçün onlara xəbərdarlıq edib. Həmin xəbərdarlıq ölkə vətəndaşlarında rəhbərə qarşı etimadı və hörməti artırır. Vətəndaşlar əhalinin həyat şəraitinin yaxşılaşdırılması və onlara göstərilən xidmətin təkmilləşdirilməsi üçün Prezidentin diqqət və qayğısını əsirgəmədiyinin şahididirlər. Bu dəfə də Prezident məmurlara ciddi xəbərdarlıq edərək bildirdi ki, insanlarla davranışda məsuliyyətsizliyə yol vermək olmaz. Bu, hər birimiz üçün örnəkdir. Ümumiyyətlə Prezidentin həm özünün fəaliyyəti, həm də qarşıya qoyduğu tapşırıqlar məmurlar, eləcə də xidmət göstərən hər kəs tərəfindən dəyərləndirilməli, vəzifələr məsuliyyətlə yerinə yetirilməlidir”.

Nəzrin Cavid

Tarix: 13 Yanvar 2022, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin