BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısı təsdiqləndi

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısını təsdiqləyib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

 

Qərara görə, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı belə müəyyən olunub:

1. “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs.

2. “İqtisadi Zonaların İnkişafı Agentliyi” publik hüquqi şəxs.

3. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı

Agentliyi” publik hüquqi şəxs.

4. “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların

Təşviqi Agentliyi - AZPROMO” publik hüquqi şəxs.

5. “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs;

5.1. “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin

tabeliyindəki “Təlim Tədris Mərkəzi” publik hüquqi şəxs.

6. “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya

Mərkəzi” publik hüquqi şəxs.

7. “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə

Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

8. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin TikintiTəchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

9. “Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Dövlət Vergi Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki

qurumlar:

10.1. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxil olmayan

tabeliyindəki qurumlar:

11.1. “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs;

11.2. “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya

Mərkəzi” publik hüquqi şəxs;

11.3. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik

hüquqi şəxs;

11.3.1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik

hüquqi şəxsin tabeliyindəki ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi

şəxslər);

11.3.2. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”

Məhdud Məsuliyyətli Cəmiyyəti.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin

strukturuna daxil olmayan tabeliyindəki qurumlar:

12.1. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi

şəxs;

12.2. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs;

12.3. “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs;

12.4. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud

Məsuliyyətli Cəmiyyəti.

Tarix: 13 Yanvar 2022, 16:53   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin