BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov: "Ümid edirik ki..."

“Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı danışıqlarda ABŞ və müttəfiqlərində olmayan arqumentlər var.  Qərbin öz dominantlığını təsdiq etmək cəhdləri Rusiya ilə təhlükəsizlik zəmanətləri üzrə danışıqların gedişində özünü tam şəkildə göstərib”.

 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalın “Böyük oyun” proqramının efirində deyib.

 

Danışıqlara gəlincə, Lavrov qeyd edib ki, proseslər Qərbin dünya səhnəsində ciddi qarşıdurmanı, öz dominantlığını təsdiqləmək cəhdini, öz maraqlarını irəli sürmək üçün zəruri görünən hər şeyə şübhəsiz nail olmaq istəyini əks etdirir.

 

O, Qərbin mövqeyini barışmaz adlandırsa da, danışıqların işgüzar və sakit tərzdə keçdiyini əlavə edib. O, tərəflərin bir-birini başa düşmək perspektivinə ümidli olduğunu və təhlükəsizlik zəmanəti ilə bağlı danışıqların Moskvanın gözləntisinə uyğun keçdiyini söyləyib.

 

Rusiyanın baş diplomatı onu da qeyd edib ki, ABŞ və NATO Rusiyanın alyansın genişlənməməsinə dair zəmanət tələb etmək hüququnu qəti şəkildə rədd edir: “Rusiya ümid edir ki, ABŞ və NATO öz vədini yerinə yetirəcək və Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə reaksiyasını kağız üzərinə qoyacaq”.

Tarix: 13 Yanvar 2022, 17:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin