BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Ukraynaya hərbi yardım göndərmək istəyir

Pentaqon rəhbəri Lloyd Ostin cümə axşamı Ukraynanın müdafiə naziri Aleksey Reznikov ilə telefonda Kiyevə hərbi yardım göstərmək üçün səyləri müzakirə edib.

 

Bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbinin yazılı açıqlamasında bildirilib.

 

“İki ölkənin müdafiə nazirləri Rusiyanın Ukrayna və onun ətrafında davam edən və səbəbsiz hərbi güclənməsini müzakirə ediblər. Nazir Ostin ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini, o cümlədən hərbi yardım göstərmək yolu ilə Ukrayna ordusunun potensialını artırmaq üçün davamlı səylərin ediləcəyini təsdiqləyib.

 

Həmçinin, Ostin və Reznikov gərginliyin azaldılması üçün diplomatik səyləri dəstəklədiklərini ifadə ediblər və sıx koordinasiyanı davam etdirməyə söz veriblər”, deyə açıqlamada vurğulanıb.

 

APA

Tarix: 14 Yanvar 2022, 00:51   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin