BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Boks üzrə Azərbaycan çempionatında yarımfinalçılar məlum oldu

Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.

 

29 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 3-cü günündə 17 döyüş baş tutub.

 

5 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər. Yığmamızın aparıcı boksçularından Malik Həsənov (63,5), Cavid Çələbiyev (67 kq) və Kamran Şahsuvarlı (80 kq) da final üçün döyüşmək hüququ qazanıblar.

 

Qeyd edək ki, çempionatda yanvarın 14-də yarımfinal döyüşləri keçiriləcək. Görüşlər saat 14:00-da başlanacaq.

 

Azərbaycan çempionatı

III günün nəticələri

 

57 kq

Ümid Rüstəmov (DİN İK) – Elnur Beydizadə (DGK İK) – birinci tam üstünlüklə qələbə qazanıb

Əzrək Bəbirov (BFL) – Hüseyn Əliyev (“Səbial” İK) – birinci tam üstünlüklə qələbə qazanıb

Əflatun Babayev (Siyəzən) – Nihat Abdullayev (“Qızıl Əlcək” İK) – 0:5

Vüsal Kazımov (“Sərhədçi” İK) – Maqsud Xasmetov (“Abşeron” İK) – 0:5

 

63,5 kq

Ruslan Rüstəmov (BFL) – Kənan Kazımov (“Qəbələ” İK) – 5:0

Emil Quliyev (DGK İK) – Həsən İbrahimov (“Kür” İK) – birinci döyüşə gəlməyib

Malik Həsənov (“Neftçi” İK) – Ramil Məmmədzadə (Sumqayıt) – 5:0

Cəlal Qurbanov (“Səbail” İK) – Bəxtiyar Qazıbəyov (DİN İK) – 5:0

 

67 kq

Nəbi İsgəndərov (“Neftçi” İK) – Fariz Süleymanov (DGK İK) – birinci tam üstünlüklə qalib gəlib

Ələkbər Həbibov (“Kür” İK) – Cavid Çələbiyev (“Qəbələ” İK) – birinci döyüşə gəlməyib

Pərvin Heydərov (“Qızıl Əlcək” İK) – Rəhman Quliyev (Gəncə) – 5:0

Xalnbala Qurbanov (BFL) – Elməddin İsmayılov (“Zenit” İC) – 0:5

 

80 kq

Murad Allahverdiyev (“Neftçi” İK) – Orxan Aydəmirov (Olp18) – birinci tam üstünlüklə qalib gəlib

Yusif Həbibov (“Məhsul” İC) – Fərid Qəribov (“Qızıl Əlcək” İK) – 0:5

Səməd İsmayılzadə (Gəncə) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – ikinci tam üstünlüklə qalib gəlib

Elşad Şahbazov (“Sərhədçi” İK) – Elmir Süleymanov (BFL) – 0:5

 

92 kq

Fuad Cəfərov (“Səbail” İK) – Sadiq Səmədov (Göygöl) - həkim döyüşün davam etdirilməsinə icazə verməyib, birinci qalib gəlib.

Tarix: 14 Yanvar 2022, 01:16   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin