BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda çay və çay məhsulları ilə bağlı qərar verildi

Çay və çay məhsullarının istehsalı, saxlanması, daşınması və satışı sahəsindəki termin və tərifləri müəyyənləşdirən AZS 905:2021 “Çay və çay məhsulları. Terminlər və təriflər” adlı yeni dövlət standartı qəbul edilib.

 

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

 

Məlumata görə, standartın layihəsini “Meyvəçilik, subtropik bitkilər və çayçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

 

Yeni standart ilə müəyyən olunan terminlər çay və çay məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı istifadə ediləcək. Bununla yanaşı, qəbul olunan təriflərin bu sahədə olan bütün növ sənədləşmə və ədəbiyyatlarda işlənilməsi nəzərdə tutulub.

Tarix: 14 Yanvar 2022, 15:02   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin