BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə XİN: Tərəflər müzakirələri tam normallaşma hədəfi ilə ilkin şərt olmadan davam etdirmək üçün razılaşıblar

Türkiyə Xarici İşlər Nazirliyi ( XİN) Türkiyə ilə Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələri səfir Sərdar Kılıç və Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyanın Moskvada baş tutmuş ilk görüşü barədə məlumat yayıb.

 

Xüsusi nümayəndələr müsbət və konstruktiv atmosferdə keçirilmiş bu ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə aparılacaq normallaşma prosesinə yönəlik olaraq ilkin fikir mübadiləsi aparıblar.

 

Tərəflər müzakirələri tam normallaşma hədəfi ilə ilkin şərt olmadan davam etdirmək xüsusunda razılaşıblar.

 

Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi diplomatik kanallarla sonradan müəyyənləşəcək.

Tarix: 14 Yanvar 2022, 16:18   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin