BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan-Ukrayna münasibətlərinin Ukrayna-Rusiya münasibətlərinə heç bir aiddiyatı yoxdur” - RƏY

“Azərbaycanın Ukrayna ilə münasibətləri hər zaman dostluq və qardaşlıq istiqamətində inkişaf edib. Həm ikitərəfli, həm də GUAM təşkilatı çərçivəsindəki münasibətlərimiz dövlətlərin maraqlarına uyğundur. Xüsusi qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin Ukraynaya səfəri Azərbaycanın iqtisadi, kənd təsərrüfatı, enerji və ticarət əməkdaşlığının genişləndirilməsi məqsədi daşıyır. Azərbaycan-Ukrayna münasibətlərinin Ukrayna-Rusiya münasibətlərinə heç bir aiddiyatı yoxdur”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

 

 

Deputat əminliklə bildirib ki, ikitərəfli münasibətlərin inkişafı istiqamətində çox ciddi nailiyyətlər əldə ediləcək: “Azərbaycanın hansısa ölkə ilə münasibətləri, tərəfdaşlığı üçüncü dövlətə yönəlməyib. Sadəcə olaraq, bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına əsaslanaraq, bütün dünya ölkələrinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib. Həmçinin beynəlxalq platformalarda, o cümlədən BMT və ATƏT-də də Azərbaycan Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və Ukraynanın lehinə səs verib”.

 

Nəzrin Cavid

Tarix: 15 Yanvar 2022, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin