BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bütün ödənişlər inflyasiyaya bağlanmalıdır"

"Faktiki ödənilən pensiyaların indeksləşdirilməsinin orta əmək haqqına bağlanması olduqca yanlış addım idi. Bütün ödənişlər inflyasiyaya bağlanmalıdır".


Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.


"Rəsmi statistika məlumat yayıb ki, 2021-ci ildə orta əmək haqqı 2.9% artıb. Deməli pensiyalar da buna uyğun artırılacaq. Qida inflyasiyasının 20%-ə yaxın olduğu bir şəraitdə 2.9% pensiya artımı son dərəcə aşağıdır. Yeri gəlmişkən, bu artımı yanvarın 1-dən etibarən minimum pensiyanın (200 manat) artımı ilə qarışdırmayın. Həmin tarixədək 240 manatdan aşağı pensiyası olan şəxslərin hamısının pensiya məbləği 1 yanvar 2022-ci ildən 240 manata yüksəldilib. Bu, minimum əmək haqqının indeksləşdirilməsi idi və 240 manatdan yüksək pensiyası olanlara hər hansı təsiri yoxdur. Amma 1 yanvardan isə bütün pensiya məbləğləri 2,9% orta əmək haqqı artımına uyğunlaşdırılacaq" - R.Ağayev qeyd edib.

Tarix: 14 Yanvar 2022, 21:43   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin